İSİM Gəncə şəhərində "Sağlamlıq həftəsi" kampaniyasını keçirdi (FOTO) | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

20 MAY 2016

İSİM Gəncə şəhərində "Sağlamlıq həftəsi" kampaniyasını keçirdi (FOTO)

2016-cı ilin 17-20 may tarixlərində Gəncə şəhərində "Sağlamlıq həftəsi" adlı kampaniya təşkil olundu. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar Tədbirlər planının, icrası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) həvalə olunmuş, 5-ci və 6-cı bəndlərinə əsasən həyata keçirilən kampaniya çərçivəsində 4 gün ərzində Gəncənin təhsil və tibb ocaqlarında, Gənclər Mərkəzlərində səhiyyənin aktual problemlərinə çevrilmiş mövzular ətrafında maarifləndirmə tədbirləri aparıldı.  

Qeyd edək ki, "Sağlamlıq həftəsi" adlı bu kampaniya İSİM və “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirildi.  

Bununla əlaqədar, Gəncə şəhərinə İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Şəhla Mirzəzadə, meneceri Elnarə Nuriyeva, Səhiyyə iqtisadiyyatı və tibbi sığorta şöbəsinin həkim-metodisti Rüfət Rəhimov və Təlim-resurs şöbəsinin meneceri Cəmilə Kərimova ezam olundular. 

İSİM-in mütəxəssisləri bu günlər ərzində Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə Dövlət Universitetində,  Azərbaycan Texnologiya Universitetində, Gəncə tibb Kollecində zərərli vərdişlərin profilaktikası, sağlam həyat tərzinin təbliği, piylənmə, tütün çəkmə, narkomaniya, fiziki aktivlik, məişət zorakılığı və digər aktual problemlər ətrafında gənclər arasında görüşlər təşkil edilərək mühazirələr oxudular. Gənclər üçün təhsil mərkəzlərində, Gənclər Evində əhali arasında məişət zorakılığın mənfi tibbi-psixoloji nəticələrini izah edən, məişət zorakılığın qarşısı alınmasına yönəlmış qabaqlayıcı maarifləndirici təqdimatlar etdilər.

Bundan başqa İSİM-in əməkdaşları Gəncə şəhər 2 nömrəli şəhər poliklinikasında, 1,2,3 saylı Gəncə şəhər Uşaq poliklinikalarında məişət zorakılığına məruz qalmış şəxslər üçün tibb müəssisələrinin həkim-mütəxəssislərinə xüsusiləşdirilmiş təlimat üzrə təlimlər keçirdilər.

"Sağlamlıq həftəsi"-nin son günü Gəncə Qan Bankında əhali, xüsusilə də, gənclərin iştirakı ilə qan vermə aksiyası baş tutdu.

Hər bir tədbirin yekununda maarifləndirmə materialları paylanıldı, mövzular ətrafında video-çarxlar izlənildi.

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.