“Dünya Autizm Maarifləndirmə ayı” çərçivəsində silsilə tədbirlər keçirilir | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

27 APREL 2016

“Dünya Autizm Maarifləndirmə ayı” çərçivəsində silsilə tədbirlər keçirilir

2 aprel – Ümumdünya Autizm Günü ilə əlaqədar bütün dünyada aprel ayı autizm haqqında maarifləndirməyə həsr olunur. Hər il Azərbaycanda da cəmiyyətin autizm mövzusunda maarifləndirilməsi ilə bağlı silsilə tədbirlər keçirilir. Bu tədbirlər sırasına “Birgə və Sağlam” İctimai Birliyi, “Lider Qadınlar” İctimai Birliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) birgə təşkilatçılığı ilə keçirilən tədbirlər də daxildir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na əsasən keçirilən tədbirlərin məqsədi ictimaiyyətin və hökumətin diqqətini autik spektr pozğunluqları ilə üzləşmiş insanların və ailələrin ehtiyaclarına yönəltməkdir.

2016-cı ildə “Dünya Autizm Maarifləndirmə ayı”na aprelin 1-də keçirilən maarifləndirmə aksiyaları ilə start verildi. “Metropark” və “Park Bulvar” AVM-lərdə məşhurların iştirak etdiyi aksiyalarda əhaliyə İSİM tərəfindən hazırlanmış maarifləndirmə vərəqələri paylanıldı. Aprelin 2-də Dənizkənarı Milli Parkda müxtəlif dövlət və özəl qurum nümayəndələrinin iştirak etdiyi “Autizm üçün Gəzinti” təşkil olundu. Tədbirə gəzinti və havaya mavi (dünyada autizmin rəngi kimi qəbul edilib) şarların və Çin fənərlərinin buraxılması daxil idi. Mavi rəngli köynəklər geyən dəvətlilər əllərindəki şarlar ilə bulvarın “Park Bulvar” AVM olan hissəsindəki yerindən Azneft meydanı istiqamətində gəzintiyə başladılar. Ən son dayandıqları hissədə mavi rəngdə olan şarları və dilək hava fənərlərini havaya buraxıb həmin zaman mavi rəngdə işıqlanan Alov Qüllələri, “Bakı Kristal Zalı”, ABŞ-ın Azərbaycandakı Səfirliyinin binası, Qız Qalası və Bakı Olimpiya Stadionu önündə çəkiliş olduqdan sonra tədbir sona çatdı.

Aylıq çərçivəsində əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, əhali arasında autizmlə əlaqədar maarifləndirmənin artırılması və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədilə autizmlə bağlı yerli və beynəlxalq mütəxəssislərin (Nahit Motavalli, Andy Shih və Marina Əzimova) iştirakı ilə seminarların təşkili nəzərdə tutulub. Bakı Baş Səhiyyə İdarəsi tərəfindən cəlb edilən tibb işçiləri və mütəxəssislər üçün seminar aprelin 27-də “Bulvar” Otelinin dəstəyilə keçirildi. Əhali (ailələr) üçün seminar isə aprelin 28-də “Hilton” Otelinin dəstəyilə keçiriləcək. 

Aylıq çərçivəsində həmçinin autizm sindromlu uşaqlar üçün xeyriyyə yarmarkası və moda nümayişi, eləcə də “Mavi Ümid” autizmli uşaqların ağac kampaniyası keçiriləcək. Hazırda televiziya kanallarında təbliğat xarakterli verilişlər hazırlanır, “Autizm – Fərqli, lakin Bərabər” adlı animasiya filmi nümayiş edilir.

Autizm erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən, məhdud və təkrarlanan davranışlara yol açan ümumi inkişaf geriliyidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”na autizm də aid edilib.

Keçirilən tədbirlər və aksiyalar daha inklüziv cəmiyyətin yaradılmasına, autizmdən zərər çəkmiş insanların istedadlarını aşkarlamağa və onlara potensiallarından düzgün istifadə etməyə imkan yaradır.