Azərbaycanlı mütəxəssislər onkoloji registrlə bağlı biliklərini artırdılar | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

25 APREL 2016

Azərbaycanlı mütəxəssislər onkoloji registrlə bağlı biliklərini artırdılar

Azərbaycan Respublikasında 2014-cü ilin noyabr ayından başlayaraq, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi (MOM) və İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) birgə əməkdaşlıqda Milli Onkologiya Mərkəzinin nəzdində Xərçəng Xəstələrinin Registrinin (Kanser Registri) yaradılması proqramına start verdi. Bu proqram çərçivəsində 2015-ci ilin yanvar-mart ayları ərzində MOM və İSİM-in mütəxəssisləri ölkədən xaricdə təşkil olunmuş təlim kursları və təcrübə mübadiləsi proqramlarında iştirak etdilər, Onkoloji Xəstəliklərin Beynəlxalq Təsnifatı sisteminin (İCD-O-3) təcrüməsi və redaktəsi həyata keçirildi və Milli Onkoloji Mərkəzinin bir sıra daxili sənədləri Kanser Registrin tələblərinə uyğunlaşdırıldı. Beləliklə, Azərbaycanda ilk dəfə 2015-ci ildən başlayaraq, Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin bazasında Onkoloji Xəstələrin Registri yaradıldı.

Bu növ onkoloji registrlər dünyanın bir sıra ölkələrində mövcuddur. Əsas məqsədi bədxassəli yenitörəmələrin xəstəlik halları barədə tam məlumat bazasının yaradılması olan bu registr imkan verir ki, bu məlumatlar beynəlxalq standartlara uyğun olaraq təhlil edilsin. Xərçəng xəstəliklərinin registrində toplanan məlumatların təhlili, o cümlədən, müqayisəli təhlili, xərçəng xəstəliklərinin profilaktikası üçün müvafiq tədbirlərin görülməsinə, tətbiq olunan müalicə metodlarının effektivliyinin qiymətləndirilməsinə, əhalinin müxtəlif qruplarına hədəflənmiş profilaktik və diaqnostik tədbirlərin təşkilinə şərait yaradır.

Həmin registrlə işləmək üçün biliklərin artırılması məqsədilə 2016-cı il aprelin 18-22-də Xərçəng xəstəliklərinin tədqiqi üzrə Beynəlxalq Mərkəzin (IARC) regional mərkəzinin yerləşdiyi Türkiyənin İzmir şəhərində keçirilən “Onkoloji xəstəliklərin registri” mövzusunda kursa Azərbaycandan nümayəndə heyəti göndərildi. Nümayəndə heyətində Milli Onkologiya Mərkəzinin əməkdaşları və İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri Qəhrəman Haqverdiyev iştirak etdi.

Kurs çərçivəsində mütəxəssislərimiz onkoloji registrlə iş barədə beynəlxalq təcrübəni öyrəndilər və ölkəmizdə bu istiqamətdə uğurlu fəaliyyətin aparılması üçün biliklərə yiyələndilər.