• İSİM-də “Məktəb yaşlı uşaqların sağlam davranışlarına dair sorğu” üzrə seminar keçirildi (FOTO)
  • “Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsinin tətbiqinə dair seminarlara başlandı (FOTO)
  • İSİM-də Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
  • İSİM-də şagirdlərə sağlam qidalanma vərdişlərinin aşılanmasına dair tədbir keçirildi (FOTO)
  • Gəncə məktəbliləri İSİM-in Sağlam Qidalanma Forumuna qatıldılar (FOTO)
  • İSİM-in “Tütünsüz dünya yarat” aksiyası keçirildi (FOTO)

XƏBƏRLƏR bütün xəbərlər

10 MART 2016

İSİM-də qanvermə aksiyası keçirildi

Hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması olduqca vacibdir. Azərbaycanda könüllü və təmənnasız qan donorluğunun inkişafı sahəsində həyata keçirilən fəaliyyət bu gün də davam edir. Bu məqsədlə 2016-cı il martın 9-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı ilə əməkdaşlıq çərçivəsində qanvermə aksiyası keçirildi.

İSİM-in rəhbərliyi və əməkdaşlarının fəal iştirakı ilə keçən aksiyada qan donorları tibb işçiləri tərəfindən sağlamlıq vəziyyətləri öyrənilərək qan verdilər. Bununla da ictimaiyyətin diqqəti irsi qan xəstəliklərindən, o cümlədən talassemiyadan əziyyət çəkən insanlara dəstək olmağa yönəldildi.

Aksiya zamanı toplanan qan talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə sərf edilməsi məqsədilə Qan Bankına təqdim ediləcək.