• “Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsinin tətbiqinə dair seminarlara başlandı (FOTO)
  • İSİM-də Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
  • İSİM-də şagirdlərə sağlam qidalanma vərdişlərinin aşılanmasına dair tədbir keçirildi (FOTO)
  • Gəncə məktəbliləri İSİM-in Sağlam Qidalanma Forumuna qatıldılar (FOTO)
  • İSİM-in “Tütünsüz dünya yarat” aksiyası keçirildi (FOTO)

XƏBƏRLƏR bütün xəbərlər

4 MART 2016

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantları zərərli vərdişlərin sağlamlığa təsiri ilə bağlı məlumatlandırıldılar

2016-cı il martın 4-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında narkomaniyanın və tütünçəkmənin profilaktikası ilə bağlı keçirilən tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodistləri Rüfət Rəhimov və Qadir Qurbanov təqdimat etdilər.

Təqdimatda narkomaniyanın və tütünçəkmənin insan sağlamlığına ziyanları, təhlükələri və bu zərərli vərdişlər nəticəsində yaranan xəstəliklər barədə məlumat verildi. Həmçinin tütünçəkmə və narkomaniya ilə mübarizə istiqamətlərinə nəzər yetirildi. Zərərli vərdişlərin profilaktikası məqsədilə təqdimatların, mədəni-kütləvi aksiya və təşviqat kampaniyalarının keçirilməsinin, bununla da sağlam həyat tərzinin təbliğ edilməsinin vacibliyi vurğulandı.

Maarifləndirici məqsəd daşıyan və interaktivlik əsasında qurulan təqdimatlarda kursantların sualları ətrafında fikir mübadiləsi aparıldı. Sonda narkomaniyanın, tütünçəkmənin və digər sosial neqativ halların profilaktikası, eləcə də insanın öz sağlamlığına qarşı məsuliyyət hissinin gücləndirilməsini özündə əks etdirən videoçarx nümayiş etdirildi.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planına uyğun olaraq keçirilən tədbirdə İSİM tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanıldı.