İSİM ana və uşaqların sağlamlığının qorunması istiqamətində fəaliyyətini davam etdirir | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

24 FEVRAL 2016

İSİM ana və uşaqların sağlamlığının qorunması istiqamətində fəaliyyətini davam etdirir

2016-cı il fevralın 20-dən etibarən Bakının Mərkəzi Neftçilər Xəstəxanası və Astara Rayon Mərkəzi Xəstəxanasında neonatal reanimasiya üzrə təlimlərə başlanılıb. Təlimlərdə həkimlər, mamalar və tibb bacıları iştirak edirlər. Fevralın 28-nə kimi davam edəcək təlimlərdə təlimçi qismində türkiyəli mütəxəssislərlə yanaşı, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisi Nahidə Mahmudova çıxış edir.

Təlimlər “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planına müvafiq olaraq və “Xoş Gəldin Körpə” Ana və Uşaq Sağlamlığını Dəstəkləmə layihəsi çərçivəsində həyata keçirilir.

“Xoş Gəldin Körpə” Ana və Uşaq Sağlamlığını Dəstəkləmə layihəsi Türkiyə Respublikası Başnazirliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən ana və uşaq sağlamlığının qorunması və körpə ölümlərinin azaldılmasının dəstəklənməsi məqsədilə 2014-cü ildən etibarən həyata keçirilir.

Layihə çərçivəsində 2014 və 2015-ci illərdə neonatal reanimasiya təlimçisi olaraq yetişdirilən 4 azərbaycanlı təlimçinin iştirakı ilə Bakı, Balakən, Qəbələ, Şəmkir, Ağcabədi rayonları və Naxçıvan Muxtar Respublikasında təşkil olunan təlim proqramlarında 190 həkim, 275 mama və tibb bacısı olmaqla, cəmi 465 səhiyyə işçisi təlim alıb. Təlimlər ilə yanaşı, geniş ictimaiyyəti məlumatlandıracaq broşür, afişa və internet banner yayımı ilə dəstəklənən kampaniya ilə regionları da əhatə edən genişmiqyaslı maarifləndirmə işi aparılıb. Həmçinin mama, tibb bacıları və əmizdirmə rəhbəri olaraq layihədə iştirak edən könüllü qadınlara təlimlər keçirilib.