İSİM-in mütəxəssisləri Gənc Qan Donorlarının Qış Məktəbində təlim keçdilər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

24 FEVRAL 2016

İSİM-in mütəxəssisləri Gənc Qan Donorlarının Qış Məktəbində təlim keçdilər

2016-cı il fevralın 19-21-də Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində “Gənc Qan Donorlarının qış məktəbi – Cəlilabad-2016” layihəsi keçirildi. “Qan Donorları Assosiasiyası” İctimai Birliyi və Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə Cəlilabad Rayon İcra Hakimiyyəti, Mərkəzi Qan Bankı və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) dəstəyi ilə keçirilən layihənin məqsədi respublikada gənclər arasında qan donorluğunun aşılanması, eyni zamanda inkişafına dəstək olmaqdır.

Rayon ictimaiyyəti, ölkədə səhiyyə istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vidadi Dövlətov Cəlilabadın hər zaman cəmiyyətimizə faydalı olan və gənclərin inkişafına dəstək olacaq layihələrə ev sahibliyi etməsinə hazır olduğunu bildirdi.

Layihə rəhbəri, “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərov layihə barədə geniş məlumat verdi. Təşkilatçılar adından Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizova respublikada qan donorluğunun inkişafına göstərdiyi dəstəyə görə “Təşəkkürnamə” təqdim olundu.

Layihədə iştirak edən Mərkəzi Qan Bankının baş həkiminin müavini Namirə Abbasova ölkədə qan donorluğunun vəziyyəti və bu istiqamətdə aparılan işlərdən söhbət açdı. Layihənin təşkilatçılarından olan Azərbaycan Talassemiya Federasiyasının vitse-prezidenti Fuad Rəsulov talassemiya xəstəliyi haqqında təqdimat etdi, həmçinin ölkədə korporativ donorluğun inkişafı istiqamətində Federasiyanın prioritet fəaliyyətinə nəzər saldı.

Layihə çərçivəsində İSİM-in təlimçi ekspertləri Şəhla Mirzəzadə və Tofiq Musayev tərəfindən gənclərin sağlam həyat tərzi ilə bağlı təlimlər təşkil olundu. İnteraktiv şəkildə keçirilən təlimlər zamanı donorlara qrup işləri tapşırılaraq onların ölkədə qan donorluğunun inkişafı istiqamətində irəli sürdükləri təklifləri dinlənildi. Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olundu.