Yeni diridoğulma meyarlarına keçidlə bağlı doğuşayardım müəssisələrinin monitorinqinin nəticələri açıqlandı | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

11 FEVRAL 2016

Yeni diridoğulma meyarlarına keçidlə bağlı doğuşayardım müəssisələrinin monitorinqinin nəticələri açıqlandı

2016-cı il fevralın 11-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Yeni diridoğulma meyarlarına keçidlə bağlı doğuşayardım müəssisələrinin monitorinqi üzrə yekun hesabatın təqdimatı keçirildi. Təqdimatda Səhiyyə Nazirliyi, İSİM və monitorinqin keçirildiyi doğuşayardım müəssisələrinin baş həkimləri iştirak etdilər.

Giriş sözü ilə çıxış edən İSİM-in direktoru Ceyhun Məmmədov aparılan monitorinqin məqsəd və vəzifələrini diqqətə çatdırdı: “Bildiyimiz kimi, 2015-ci il yanvarın 1-dən Azərbaycan Respublikasında yeni diridoğulma meyarlarının tətbiqinə başlanılıb. “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planına və Səhiyyə Nazirliyi ilə BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyi arasında imzalanmış birgə Fəaliyyət Planına müvafiq olaraq keçirilmiş monitorinqin əsas məqsədi bu meyarların tətbiqindən sonra mövcud vəziyyətin və işin təşkili səviyyəsinin öyrənilməsi olub.”

Monitorinq üzrə yekun hesabatın təqdimatını İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri, layihənin koordinatoru Töhfə Cəmilova etdi: “Monitorinq Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran və Qubanın seçilmiş doğuşayardım tibb müəssisələrində aparılıb. Monitorinqdə müəssisənin vəziyyəti, təchizatı, işin təşkili, xəstəlik tarixlərində qeyd olunan məlumatların tamlığı və dəqiqliyi, vaxtından əvvəl baş vermiş doğuşların və ya doğuş təhlükəsinin aparılması, göstərilən tibbi xidmətlər, həkim-mama-ginekoloqlar və həkim-neonatoloqların bilik və bacarıqları qiymətləndirilib. Müəyyən edilib ki, vaxtından əvvəl doğuşların əsas risk amilləri hamiləlik dövründə anemiya, infeksiyalar və çoxdöllü hamiləlik olub.”

Məruzəçi monitorinqin nəticələrini diqqətə çatdırdı: “Ümumi götürdükdə vaxtından əvvəl doğuşların idarə edilməsi həm müəssisələrin avadanlıqla təchiz olunmasından, həm də tibb heyətinin bilik və bacarıqlarından, işin təşkilindən asılıdır.” T.Cəmilova diqqəti həkim-mama-ginekoloqlar və həkim-neonatoloqlarla aparılan sorğunun nəticələrinə də çəkdi: “Həkimlərlə sorğular göstərib ki, onların yeni diridoğulma meyarları, vaxtından əvvəl doğuşların idarə edilməsi üzrə təlimatlandırılmasına böyük ehtiyac var. Təlimlərdə iştirak etmiş həkimlər suallara daha düzgün cavab verməyə və gündəlik təcrübələrində daha düzgün yanaşmaları tətbiq etməyə qadirdirlər.”

Monitorinqin uğurla həyata keçirilməsinə görə İSİM-ə minnətdarlığını bildirən Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Təhminə Tağızadə bu istiqamətdə gələcəkdə də fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğuladı. Doğuşayardım müəssisələrinin baş həkimləri belə monitorinqlərin aparılmasının ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına yönəldilmiş zəruri addım kimi dəyərləndirdilər.