İSİM-in nümayəndəsi yol hərəkəti təhlükəsizliyi ilə bağlı Tbilisidə keçirilmiş seminarda iştirak etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

25 YANVAR 2016

İSİM-in nümayəndəsi yol hərəkəti təhlükəsizliyi ilə bağlı Tbilisidə keçirilmiş seminarda iştirak etdi

Hər il dünyada yol-nəqliyyat hadisələri nəticəsində 1,3 milyon insan dünyasını dəyişir, 50 milyonadək insan isə xəsarət alır. Problemin həlli istiqamətində görülən tədbirlərin davamı kimi, TRASECA (Avropa, Qafqaz və Mərkəzi Asiya Nəqliyyat Dəhlizi) Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə birlikdə “Yol hərəkəti təhlükəsizliyi” layihəsinin 2-ci mərhələsini elan edib. Avropa Birliyi tərəfindən maliyyələşdirilən layihənin məqsədi yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına və konstruktiv strategiyaların reallaşdırılmasına nail olmaqdır.

Layihə çərçivəsində 2016-cı il yanvarın 22-də Gürcüstanın Tbilisi şəhərində Azərbaycan və Gürcüstan Respublikalarının dövlət nümayəndələrinin iştirakı ilə seminar keçirildi. Seminarda Azərbaycanı təmsil edən nümayəndəliyin heyətində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri, Azərbaycanda 2011-2020 illərdə Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə onillik fəaliyyətin Milli Əlaqələndiricisi Tofiq Musayev iştirak etdi.

Seminarın məqsədi TRASECA-nın “Yol hərəkəti təhlükəsizliyi – 2” layihəsi çərçivəsində Gürcüstan və Azərbaycan sərhədləri arasında yol qəzalarının qiymətləndirilməsi, şərhi və “birbaşa zəng” təcili nömrənin yaradılması üzrə pilot proqramın təməlinin qoyulmasının müzakirə edilməsi idi. Bu proqram BMT-nin yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə onillik fəaliyyət planına uyğun olaraq tərtib olunub. Pilot proqramın vəzifəsi sərhədyanı bölgələrdə yol qəzalarına cavab vermək üçün təcili xidmətlərin effektivliyinin təkmilləşdirilməsi, pilot layihəsindən irəli gələn uğurların qeyd olunmasından ibarətdir.

Seminarda Gürcüstan və Azərbaycan sərhədləri arasında yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində görülmüş işlər, fəaliyyət çərçivəsində təklif edilmiş effektiv üsul və yanaşmalar müzakirə edildi. Həmçinin yol-nəqliyyat hadisələrinə səbəb olan amilllərə diqqət edildi. Bildirildi ki, yalnız yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə qəzaların qarşısını almaq mümkündür. Burada cəmiyyət olaraq, hər birimizin üzərinə məsuliyyət düşür.

Ölkə nümayəndələrinin təqdimatlarında yollarda təhlükəsizliyin təmin olunması üçün islahatların vacibliyi məqsədilə ölkələrarası əməkdaşlığın davam etdirilməsi vurğulandı. Eləcə də küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin təbliğinin, yeniyetmə və gənclərin sağlam və təhlükəsiz həyat sürməsi naminə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən bəhs edildi.

TRASECA-nın “Yol hərəkəti təhlükəsizliyi – 2” layihəsinin vacibliyi və perspektivlərindən söhbət açan ölkə nümayəndələri gələcəkdə birgə görüləcək işlərə nəzər saldılar.