“Özünü hepatitdən qoru!” mövzusunda təşviqat aksiyası keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

21 İYUL 2023

“Özünü hepatitdən qoru!” mövzusunda təşviqat aksiyası keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə 21 iyul 2023-cü ildə Hüseyn Cavid Parkında əhali üçün təşviqat aksiyası keçirildi. İctimaiyyət nümayəndələri və könüllülərin fəal iştirak etdiyi aksiyanın məqsədi əhalini hepatit virusları barədə məlumatlandırmaq idi. 28 iyul – Ümumdünya Hepatit Günü ərəfəsində keçirilən aksiyada iştirakçılara hepatit virusunun bütün növlərinə yoluxma, xəstələnmə göstəriciləri və bu sahədə görülən tibbi tədbirlər barədə dolğun məlumat verildi. Vurğulandı ki, xəstəliyə yoluxmamaq üçün steril şpris və iynələrdən, tatuaj və pirsinq zamanı birdəfəlik iynə və əlcəklərdən, dezinfeksiya olunmuş alətlərdən, şəxsi gigiyena vasitələrindən fərdi qaydada istifadə etmək lazımdır. Aksiya iştirakçılarına sağlamlığa məsuliyyətlə yanaşmaq, gigiyena qaydalarına riayət etmək, sağlam həyat tərzi seçmək tövsiyə olundu, İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanıldı.